XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 12:07

Nazir müavini:“Hakimlərin əmək haqlarının artırılması ilə bağlı addımlar atılır”

Ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanda məhkəmə hakimlərinin daha yüksək əmək haqqı alması ilə bağlı təkliflərə münasibət bildirib.

A. Cəfərov bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, hakimlərin əmək haqları müəyyən qədər artırılır.

O qeyd edib ki, Azərbaycan hökuməti hakimlərin əmək haqlarının artırılması ilə bağlı mütəmadi addımlar atır: “Əlbəttə ki, bu, imkandan asılı olan məsələdir. Yəni ölkənin iqtisadiyyatı inkişaf etdikcə, belə məsələlərə baxılacaq”. /APA