XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 13:25

“Joğovurd” nəşri: “Ermənistan MN-də dəyişikliklər dalğası başlayıb” –Gözlənilməz qərarlar olacaq

Ermənistan Müdafiə Nazirliyində struktur dəyişikliklərinin növbəti dalğası başlayıb.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistanda əsasən Baş idarələr yaradılır və “sürpriz” qərarlar olacaq.

“Əsasən Baş idarələr yaradılır və bundan çıxış etməklə yeni struktur dəyişiklikləri olacaq. Nazirlikdə yayılmış məlumatda bildirilir ki, yaxın gələcəkdə ciddi kadr dəyişiklikləri gözlənilir. Belə ki, rəhbər vəzifəsindən azad olunanlar və gözlənilməz təyinatlar olacaq”, – deyə “Joğovurd” Ermənistan MN-də dəyişikliklər dalğasının yaxın zamanlarda baş verəcəyinə diqqət çəkib.  /Ordu.az