XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 17:11

Prezident İlham Əliyev Astarada yol tikintisinə vəsait ayırdı –Sərəncam

Prezident İlhma Əliyev Astara rayonunun Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.