XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 11:33

“İzmirdə yanan gəmi SOCAR şirkətinə məxsus deyil” –Açıqlama

Türkiyənin İzmir şəhərində yanan gəmi SOCAR şirkətinə məxsus deyil. Partlayışın baş verdiyi gəmi, sadəcə, limanda SOCAR terminalına yan alıb.

Bu sözləri SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov Türkiyənin İzmir şəhərində yanan gəmi ilə bağlı danışarkən deyib.

İ.Əhmədov bildirib ki, partlayış limanın ərazisində deyil, gəminin daxilində olub:

“Partlayışın səbəbi araşdırılır. Yanan gəminin SOCAR-a aid olması ilə bağlı yayılan məlumat yanlışdır”.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərində, Petkim limanının sahilində gəmi partlayıb. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır/Axar.az.