Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, iyulun 2-də qızılın qiyməti iyulun 1-i ilə müqayisədə 2,2015 manat azalaraq 1 unsiya üçün 2364,9635 manat təşkil edib.
Gümüş 0,0676 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8231 manata bərabər olub.
Platinin qiyməti 0,068 manat artaraq 1420,996 manat, palladiumun qiyməti isə 21,0545 manat artaraq 2635,459 manat təşkil edib.
Ad | 02.07.2019 | 01.07.2019 | |
Qızıl | XAU | 2364.9635 | 2367.165 |
Gümüş | XAG | 25.8231 | 25.8907 |
Platin | XPT | 1420.996 | 1420.928 |
Palladium | XPD | 2635.459 | 2614.4045 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.