XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 12:54

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb –Açıqlama

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Strateq.az Konstitusiya Məhkəməsinə istinadla bildirir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 19-na təyin edilmiş iclasında baxılacaq.