XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

29 İyun 2019 - 10:21

HƏZRƏTİ İSANIN TÖVSİYƏSİNİ UNUTMUŞ TRAMPIN KÜRƏKƏNİ:prezidentin müşaviri fələstinliləri hansı qiymətə satın almaq istəyir?

Domenik Muasi 

“Project Syndicate”, 28.06.2019

 

Bibliyada, Matta Kitabının 4-cü ayəsində hz. İsa deyir: “İnsan təkcə çörəklə yaşaya bilməz”. Lakin iyunun 25-26-də Bəhreyndə keçirilmiş iqtisadi konfransın təşkilatçıları bu müdrik kəlamı unudublar.

ABŞ prezidenti Donald Trampn kürəkəni və əsas xarici siyasət müşaviri Cared Kuşner, nəhayət, “Çiçəklənmə naminə Sülh”lə İsrail-Fələstin münaqişəsinə son qoymağı planlaşdırır.

Manamada aparılan danışıqlarda diqqət yalnız planın “iqtisadi ölçüsü”nə, yəni dəyənəkdən əvvəlki halvaya yönəlib. On ildə regiona (yalnız fələstinlilərə deyil) təxminən 50 milyard dollar vəsait veriləcək, üstəlik, zəngin Körfəz ölkələri hesabın böyük hissəsini ödəyəcək.

Müqavilənin daha sərt, siyasi tərəfi payızda açıqlanacaq. Yəni sentyabrın 17-nə planlaşdırılan seçkilərdən sonra yeni İsrail hökuməti işinə başladıqda.

Tramp administrasiyasına yaxın olan bəzi ABŞ şərhçiləri bu planı İkinci Dünya müharibəsindən sonra tətbiq olunan ABŞ-ın Marşal Planı ilə müqayisə ediblər. Sovet İttifaqı dövründə Qərbi Avropanı kommunizmdən və sovet imperializmindən xilas etdikdən sonra Amerika İslam fundamentalizmi və İran imperializminin ikili təhdidlərinə qarşı Yaxın Şərqdə eyni cəsarətli bir şey etmək niyyətindədir.

Planın icrası ilə Birləşmiş Ştatlar sünni ərəb ölkələrini qoruyacağını düşünür. Bundan başqa, İsrail-Fələstin münaqişəsinin həlli də bu ölkələrin maraqlarına uyğun olacaq, çünki evdə qeyri-sabitliyin potensial mənbəyini aradan qaldıracaq.

Bu sövdələşmə deyilsə, o zaman nədir?

Çözüm çox səmərəli, cazibədar və sadə görünür. İndi müzakirə masasındakı real pulla iştirakçılar gələcəkdə siyasi şərtləri müzakirə edəcəklər, yəni fələstinlilərin bu cür səxavət əldə etmək üçün ödəməli olacağını. Amma yalandan başqa bir şey yoxdur.

Marşal Planı Amerikanın pulunu almaq üçün avropalıları bir araya gəlməyə təşviq edirdi. Sovet İttifaqı tərəfindən dəstəklənən və idarə olunan kommunist partiyaların bir çoxunun Qərbi Avropa ölkələrində hakimiyyətə gələ biləcəyi ortaya çıxmışdı. Marşalın bəsirətli planı bu ölkələrin milli kimliklərini və suverenliyini gücləndirdi.

Kuşner Planı, əks təsirə malikdir, çünki o, Fələstinin suverenliyini əsla görmür. ABŞ-ın planı əsaslı olaraq bu sualı qaldırır: insanların kollektiv eyniyyətində yatan duyğular və mənəvi öhdəlikləri satın almaq olarmı?

Çox çətin məsələdir. Hökumətlərin hamısı öz xalqını satın almaq üçün kifayət qədər gücə malik deyil. Məsələn, Tunis və Misirdə 2011-ci ilin “Ərəb Baharı” üsyanları zamanı Əlcəzair rəhbərləri özünü qorumaq üçün səxavətlə pul xərcləyib. Lakin bu, rejimi bir müddət sığortalasa da, korrupsiya və bacarıqsızlıq kimi struktur problemləri aradan qalxmayıb. Onlar sadəcə daha da kəskinləşib, ictimai qəzəb artıb, nəticədə 20 illik hakimiyyətdən sonra prezident Əbdüləziz Butəfliqə bu ilin aprel ayında istefaya verib.

Öz xalqının sədaqətini satın almaq çətindir, başqalarını satın almaq ondan da çətin. Əslində, Manama sammitinin göstərdiyi kimi, bu, mümkün deyil. Fələstin administrasiyası tədbirdə iştirak etməkdən imtina edib; nəticədə, İsrail də rəsmi səviyyədə təmsil olunmayıb.

Ərəb dövlətləri tez-tez Fələstinə xəyanət ediblər, lakin indiki kimi bu heç vaxt möhtəşəm olmayıb. Mərakeşdə, məsələn, nümayişçlər “xəcalətli səadət”ə etiraz etmək üçün küçələrə axışıblar.

Kuşner, yəqin ki, 2008-ci ildə istehsal olunmuş “Bu dənizin duzu” filminə baxmayıb. Həmi filmdə söhbət İsrailin Yaffa şəhərində babasının evini axtaran Fələstin mənşəli amerikalı qadının ağır vəziyyətdən gedir. Mesaj budur ki, çoxsıfırlı bank çeki suverenliyin itirilməsini kompensasiya edə bilməz.

Hətta Tramp administrasiyası öz sülh planına inanmır. Bəlkə də Kuşnerin təşəbbüsü ABŞ-ın Yaxın Şərqdən uzaqlaşması və ya alternativ olaraq, Çinin artan qlobal inkişafını ləngitmək üçündür.

Kuşner Planı Trampa 2020-ci il prezident seçkilərində ABŞ seçicilərinə İsrail-Fələstin sülhünə nail olmaq üçün əlindən gələni etdiyini söyləməsinə imkan verə bilər. O əlavə edəcək ki, İsrail və Səudiyyə Ərəbistanı, Qərbin regional təhlükəsizliyinin iki sütunu arasında de-fakto uzun müddətli əməkdaşlığı qurmağa müvəffəq olub. ABŞ-ın köməyi ilə bu güclər İranı çəkindirmə üçün kifayət qədərdir. Trampın son iqtisadi sanksiyaları Tehranda rejimi dəyişdirməyə yetərli olmadığı halda belə.

İsraildə də vəziyyət dəyişməyib. Ölkənin təhlükəsizliyi suveren Fələstin dövlətinin mövcudluğunu tələb edir. Mövcud status-kvo ikidövlətli həll üçün münasibdir. Trampın siyasəti isə İsrailin gələcəyini daha problemli edir.

Bu arada, fələstinlilər hələ də demoqrafik tendensiyaların onların lehinə olduğuna ümid bağlayır. Ancaq bölgədə sülh perspektivləri zəifdir. Kuşnerin Bəhreyndəki son təqdimatı bunu dəyişdirmək üçün bir şey etməyib.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə