XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

29 İyun 2019 - 12:18

“PUL HƏR ŞEYƏ QADİRDİR” –Tramp maliyyə gücünə bütün problemlərin açarı kimi baxır - TƏHLİL

Sami Kohen

“Milliyet”, Türkiyə, 28 iyun 2019-cu il

 

ABŞ prezidentliyinə əmlak sektoruna investisiya qoymaqdan gələn Donald Trampın siyasi həyatında da hər şeyə pul prizmasından baxdığı artıq çox yaxşı məlumdur.

Tramp bu adətkarlığını ABŞ-ın beynəlxalq əlaqələrinə də gətirib. Onun nöqteyi-nəzərincə, başqa ölkələrlə yaxşı əlaqələr qurmağın və mövcud anlaşılmazlıqları həll etməyin yolu puldan keçir. Başqa sözlə, maliyyə gücü hər şeyə qadirdir.

Tramp Ağ Evə gəldiyi gündən bu yana xarici siyasətdə bunun bir çox nümunəsini göstərib. Bu nümunələrin başında NATO üzrə müttəfiqlərinə qarşı aldığı mövqe gəlir.

Tramp NATO-da çox ölkənin ittifaqın nəzərdə tutduğu səviyyədə müdafiə xərcləri ayırmamasından şikayətçidir. O, bu məsələni gündəliyə gətirdiyi gündən bəri AlmaniyaFransa kimi maliyyə öhdəliklərini yerinə yetirməyən yaxın müttəfiqləri əleyhinə sərt davranış sərgiləyir. Bu da NATO daxilində narahatlığa və bəzi ölkələrin Trampa reaksiya verməsinə səbəb olur.

Tramp Şimali Amerikada ticarət nizamını təmin etməyi hədəfləyən NAFTA-ya qarşı da eyni qaydada sərt bir çıxış edib. Bu nizamın daha çox KanadaMeksika kimi iki önəmli qonşusunun işinə yaradığını, ABŞ-ın isə milyardlarla dollar zərərə düşdüyünü önə sürüb. Nəticədə NAFTA-ya yeni bir forma verilib, lakin ABŞ-a olan etibar da sarsılıb.

Digər parlaq bir nümunə, Tramp administrasiyasının Çinlə girişdiyi ticarət müharibəsidir. “Öncə Amerika” şüarı ilə hərəkət edən Tramp, Çin tərəfindən “aldadıldığı” iddiası ilə bu ölkə ilə sərbəst ticarət nizamına son verib və yeni gömrük divarları inşa edib. Bu da qlobal iqtisadiyyata təsir edən bir hadisə olması səbəbilə, bütün dünyada reaksiya yaradır.

Hazırda Trampın beynəlxalq münasibətlərdə də hər şeyə pul prizmasından baxmasına əsaslanan siyasətinin iki yeni nümunəsi ilə qarşı-qarşıyayıq.

Bunlardan biri İran siyasətilə bağlıdır. Tramp İranla olan anlaşılmazlığını həll etməyin yolunu sanksiya tətbiq etməkdə görür. Administrasiyanın Con Bolton kimi ağıl sahiblərinə görə, iqtisadi çətinliklərin yaratdığı təzyiq, əvvəl-axır, rejimin çökməsinə yol açacaqdır. İndiyədək İrana qarşı tətbiq edilən sanksiyalar rejimdə və ya onun siyasətində hər hansı bir dəyişiklik işarəti yaratmayıb. Ümumiyyətlə, bu cür sanksiyaların hədəflədiyi nəticəni çox vermədiyi də açıq ortadadır (Kuba nümunəsində olduğu kimi). Bu səbəblə, İranı “pul kranları”nı bağlayaraq yola gətirmə ehtimalı kifayət qədər zəif görünür. Başqa sözlə, İran böhranına yol açan siyasi və hərbi problemlərin həllini məlum adətkarlıqla pul prizmasından baxaraq gözləmək boş bir xəyaldır.

Son günlərdə ortaya çıxan digər nümunə də Fələstin məsələsilə bağlıdır. Tramp administrasiyası “Əsrin müqaviləsi” kimi iddialı bir başlıqla yeni “sülh layihəsi” açıqlayıb. Tramp, eyni iş sektorundan gələn kürəkəni Cared Kuşnerin hazırladığı 50 milyard dollarlıq bir dəstək paketi ilə Qərbi Şəriyyə və Qəzzanıın inkişaf etdirilməsini və beləliklə, fələstinlilərin rifaha qovuşmasını planlaşdırır. Şübhəsiz, belə bir dəstəyə çox ehtiyac var. Ancaq fələstinlilərin əsas dərdi bu deyil, müstəqilliyə nail olmaqdır. Bu da öncəliklə siyasi həll tələb edir. Sırf pulla olmur bu işlər…

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə