XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

01 İyul 2019 - 15:15

İSRAİL YENƏ SURİYANI VURDU:"S-300"-lər Dəməşqin hərbi obyektlərini müdafiə edə bilirmi? - TƏHLİL

Set Frantzman

“Jerusalem Post”, 01.07.2019

 

Suriya KİV-lərinin verdiyi məlumata görə, iyulun 1-də Dəməşq və Hums yaxınlarında aviahəmlələr olub. Suriya hava hücumlarına görə İsraili günahlandırıb. “ImageSat International”-dakı peyk şəkilləri hava hücumlarının baş verdiyi yerdən uzaq olmayan Masiaf yaxınlığında dörd rus istehsallı “S-300” hava hücumundan müdafiə sisteminin işə salındığını göstərir.

“S-300” sistemləri İsrailin Latakiyaya hava hücumundan sonra, 2018-ci ilin payızında Rusiyadan Suriyaya çatdırılıb. Həmin hücumda Suriya HHQ bir “S-200”-lə səhvən Rusiyanın kəşfiyyat təyyarəsini vurmuşdu. Silah sistemi İsrailin hava hücumlarına görə ittiham olunmasından sonra Suriyada səhvən təyyarənin vurulmasına xəbərdarlıq mesajı kimi verilib.

Son doqquz ayda sistemin işlədiyi elan olunmayıb. İyun 30-da “S-300”-lərin dördünü və yerləşdirilən radar sistemini göstərən şəkillərin üzə çıxması ilə vəziyyət dəyişib.

Radarın bir neçə yüz kilometrlik aşkarlama sahəsi var və raketlər təxminən 200 km-ə qədər uzaqlıqda olan hədəfləri tuta bilər. Onların yerləşdiyi Masiaf bölgəsi, Bazar ertəsi səhər hava hücumuna məruz qalan Suriya ərazisindən bir neçə kilometr uzaqdadır.

Bu, hava hücumlarının “S-300”-ün burnunun ucundakı sahəni hədəf aldığını göstərir.

Sistemin fəaliyyət göstərdiyi halda, niyə hava hücumları məhz ona bu qədər yaxın yerə edilib?

Bu, həmçinin hava hücumlarına Suriyanın hava müdafiə sisteminin hələ də müqavimət göstər bilib-bilməməsi və müəyyən mesajı göndərmək üçün nəzərdə tutulduğunu göstərir.

Yaxın keçmişdə rus təyyarəsinin səhvən vurulmasının ardınca, sentyabr ayındakı qəzəbdən sonra hava hücumları azalmışdı. Bundan əlavə, İsrail və Rusiya Suriyaya və İsrailin İranla bağlı narahatlıqlarına dair tez-tez müzakirələr aparır.

İsrail, İranın Suriyada daha çox hərbi baza qurmasını və ya silah göndərməsini istəmədiyini söyləyib. Baş Qərargahın sabiq rəisi Qadi Ayzenkot “The New York Times” qəzetinə verdiyi müsahibədə İsrailin son bir neçə ildə Suriyaya mindən çox həmlə həyata keçirdiyini bildirib.

Bu yaxınlarda İsrail, ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton və onun rusiyalı vəzifədaşı arasında yüksək səviyyəli görüşə ev sahibliyi edib. Müzakirələr Suriya və bölgəyə yönəldilib.

Qüdsdən gələn mesajların məzmunu yaxşı məlumdur. Şam, həmçinin bilir ki, İran bazalarının yerləşdirilməsinə və İranın möhkəmlənməsinə icazə vəziyyətin gərginləşməinə səbəb olur.

Bazar ertəsi günü həyata keçirilən hava hücumları 160 km-dən böyük ərazini əhatə edib. Humsdan Dəməşqə qədər. Suriyada mülki şəxslərin ölməsi ölçüləri daha da yüksəldir.

“S-300” sisteminin yeri də təsadüfi seçilməyib. Suriya rejimi və onun rus müttəfiqi onu peyklər üçün görünən ediblər. Bu, Suriya rejimi tərəfindən verilən mesajdır. Dörd raketlə suriyalılar yüz hədəfi təqib edə biləcək və hədəflərin bir çoxunu eyni anda vurma qabiliyyətinə sahibdirlər.

İyulun 1-də baş verən hava hücumları gələcəkdə dönüş nöqtəsi və ya dəlil ola bilər. Suriya daha qabaqcıl hava hücumundan müdafiə sistemindən istifadə etmək üçün hələ də mübarizə aparır və eyni zamanda, təhlükəyə məruz qalmaqdan ehtiyat edir.

Misal üçün, may ayında “Ynet”-də hazırlanan bir hesabata görə, T-4 bazasında yerləşdirilən İranın “Xordad” sistemi aprel ayında bir hava hücumu zamanı zərərsizləşdirilib. “Xordad-3” “S-300” qədər təhlükə yaradır. Masiaf yaxınlığındakı “S-300”-lərə isə iyulun 1-də zərər dəyməyib.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə