San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.
Bu barədə şəhər şurasının saytı məlumat yayıb.
“San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır”, – deyə şuranın qərarında bildirilir.
Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.
San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.
Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib. /Report