XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 15:08

“Bloomberg”:Türkiyə Rusiya ilə döyüş təyyarələrinin alınmasında əməkdaşlıq edəcək

Türkiyə ABŞ-dan öncədən pulunu ödədiyi F-35 təyyarələri ilə bağlı birdəfəlik rədd cavabı alarsa, Rusiya ilə döyüş təyyarələrinin alınmasında əməkdaşlıq edəcək. 
Bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin məlumatına görə, Türkiyə Vaşinqtondan rədd cavabı aldığı təqdirdə, hətta öz raket istehsalına da başlayacaq.

Hazırda Ankara ABŞ-ın sanksiyalarına hazırlıq çərçivəsində bu ölkədən aldığı texnikalara uyğun ehtiyat hissələrinin alışına start verib. /Ordu.az