XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 15:45

Gürcüstan XİN:“Gürcüstan və Rusiya arasında danışıqlar daha da çətinləşib”

“Rusiya-Gürcüstan münasibətlərinin ümumi fonuna görə Cenevrə danışıqları daha da çətinləşib”.

Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Cenevrə danışıqları formatında Gürcüstan nümayəndə heyəti işğal altında olan ərazilərdə humanitar vəziyyətə dair məsələləri qaldıracaq.

L.Darsalia Cenevrədə Gürcüstan və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə iştirak edir. Bugünkü texniki görüşdən sonra sabah Cenevrə formatının iştirakçıları danışıqların 48-ci mərhələsini keçirəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır.  /Report