XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 18:30

Gürcüstan XİN-dən “Keşikçidağı” ilə bağlı açıqlama:"Azərbaycan təmir işlərini öz nəzarətindəki ərazidə aparır"

Sərhəd məsələsi ilə bağlı növbəti görüşün tarixinin müəyyən olunması üçün Azərbaycan tərəfi ilə intensiv kommunikasiya aparılır.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən “Interpressnews” agentliyinə bildirilib.

XİN-dən bildirilib ki, Azərbaycan tərəfinin Keşikçi Dağı Məbəd-Kompleksi ərazisində cığırı möhkəmləndirməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Nazirlik aparılan təmir işlərinin Azərbaycanın nəzarəti altında olan ərazidə həyata keçirildiyini qeyd edib.

XİN vətəndaşları sərhədlə bağlı danışıqlar prosesinə zərər vuracaq yoxlanılmamış və əsassız informasiyalar yaymaqdan çəkinməyə çağırıb/Report.