XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

01 İyul 2019 - 12:47

Əmək Müfəttişliyi “Binəqədi Residence” MMC-ni cərimələyib –Qanunsuzluğa görə

Dövlət Əmək Müfəttişliyi Xidməti “Binəqədi Residence” MMC-ni inzibati qaydada cərimələyib.

Strateq.az “Report”a istinadla xəbər verir ki,  şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, bu inzibati xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Şirkət Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şirkəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.