XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 16:37

Deputat Vahid Əhmədovun oğlu prokuror təyin edildi –Qaradağa

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək, Şirvan şəhərinə prokuror təyin edilib.

Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

(azvision.az)