XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 19:16

Elmar Məmmədyarov Malayziyanın yeni səfiri ilə müzakirə aparıb –FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov  Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılmasının vacibliyi vurğulanıb. İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə ediblər.

Səfir Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.