XƏBƏR LENTİ

02 İyul 2019

Digər Xəbərlər

02 İyul 2019 - 21:10

Günəş tutulması başlayıb –Rəsədxanadan açıqlama

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

Strateq.az Şamaxı Astrofizika Rəsədxanasına istinadla bildirir ki, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.